...

Sabahdan hepatit müayinələri keçiriləcək

Cəmiyyət Materials 27 İyul 2016 16:10 (UTC +04:00)
Respublika Müalicəvi Diaqnostika Mərkəzində (RMDM) hepatit müayinələri keçiriləcək.
Sabahdan hepatit müayinələri keçiriləcək

Bakı. Trend:

Respublika Müalicəvi Diaqnostika Mərkəzində (RMDM) hepatit müayinələri keçiriləcək. Bu barədə Trend-ə Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən bildiriblər.

Belə ki, 28 iyul – Ümumdünya Hepatitlə Mübarizə Günü ilə bağlı iyulun 28-30-da RMDM-də həkim-hepatoloqun pulsuz konsultasiyası təşkil ediləcək.

RMDM-də üç gün davam edəcək müayinələrdə sağlamlığını düşünən hər bir kəs iştirak edə bilər. Müayinələr xaricdə təhsil alan həkim-hepatoloq tərəfindən keçiriləcək.

Qaraciyərin iltihabına gətirən ciddi virus xəstəliyi olan Hepatit müasir dövrdə dünya əhalisi arasında geniş yayılıb. Bu xəstəliyin vaxtında aşkarlanması, diaqnostikası, profilaktik tədbirlərin və müalicəsinin aparılması ümumilikdə xəstəliyin müalicəsində böyük rol oyanır.

Qeyd edək ki, RMDMdə dəfələrlə anoloji aksiyalar təşkil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti