...

Fransız-Azərbaycan Universitetinə qəbul imtahanının nəticələri açıqlanıb

Cəmiyyət Materials 30 İyul 2016 12:20 (UTC +04:00)
Fransız-Azərbaycan Universitetinə (UFAZ) iyulun 27-də keçirilmiş qəbul imtahanın nəticələri açıqlanıb.
Fransız-Azərbaycan Universitetinə qəbul imtahanının nəticələri açıqlanıb

Bakı. Trend:

Fransız-Azərbaycan Universitetinə (UFAZ) iyulun 27-də keçirilmiş qəbul imtahanın nəticələri açıqlanıb.

Trend Təhsil Nazirliyinin saytına istinadən xəbər verir ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) keçirilən imtahanda 280 nəfər iştirak edib. Onlardan 120 nəfəri dövlət sifarişi, 40 nəfəri isə ödənişli əsaslarla UFAZ-ın tələbəsi olmaq imkanı qazanıb.
İmtahanın nəticələri ilə buradan tanış olmaq mümkündür. İmtahanın nəticələrindən narazı qalan abituriyentlər iyulun 30-da appelyasiya ilə müraciət edə bilərlər.

İmtahandan uğur əldə etmiş gənclər 31 iyul–2 avqust 2016-cı il tarixlərində sənədlərini ADNSU-da təqdim etməli və UFAZ-ın tələbəsi adını təsdiqləməlidirlər. Bu proses avqustun 2-si saat 12:00-dək davam edəcək.

UFAZ-ın tələbəsi adını qazanan şəxslərin adı Təhsil Nazirliyi tərəfindən Dövlət İmtahan Mərkəzinə təqdim ediləcək. Həmin tələbələr artıq digər ali məktəblərə qəbul üzrə müsabiqədə iştirak etməyəcəklər. UFAZ-a qəbul imtahanında uğur əldə edə bilməyən tələbələr isə Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi mərkəzləşdirilmiş qəbul imtahanında topladıqları ballar əsasında ADNSU-nun, eləcə də digər ali məktəblərin təqdim etdiyi müvafiq ixtisasları seçə bilərlər.

Qeyd edək ki, UFAZ 2016-2017-ci tədris ilindən ADNSU-nun binasında Azərbaycanda ən çox tələbat olan 4 ixtisas üzrə (kimya mühəndisliyi, kompüter elmləri, geofizika mühəndisliyi və neft-qaz mühəndisliyi) tədrisə start verəcək. Təhsil bütün ixtisaslar üzrə 1 il hazırlıq, 3 il əsas tədris müddəti olmaqla, 4 il davam edəcək. Tədris ingilis dilində aparılacaq. UFAZ məzunları iki diplom (Strasburq Universiteti və ADNSU) əldə edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti