...

Bakıda gənclərin məşğulluğunun yeni formaları müzakirə olunub (FOTO)

Cəmiyyət Materials 8 Sentyabr 2016 16:42 (UTC +04:00)
Sentyabrın 8-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) nəzdində fəaliyyət göstərən “Şıxov” sanatoriyasında gənclərin məşğulluğunun yeni formaları üzrə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) Pan-Avropa Regional Şurasının ikigünlük beynəlxalq konfransı işə başlayıb.
Bakıda gənclərin məşğulluğunun yeni formaları müzakirə olunub (FOTO)

Bakı. Trend:

Bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) nəzdində fəaliyyət göstərən “Şıxov” sanatoriyasında gənclərin məşğulluğunun yeni formaları üzrə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) Pan-Avropa Regional Şurasının ikigünlük beynəlxalq konfransı işə başlayıb.

AHİK-dən Trend-ə verilən məlumata görə, AHİK sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Mehbalıyev konfransda gənclərin işsizlik problemindən danışıb.

Azərbaycanda gənclərin işsizlik probleminin həlli üçün görülən işlərdən söz açan AHİK sədri bu sahədə xeyli nailiyyətin əldə edildiyini diqqətə çatdırıb.

S.Mehbalıyev vurğulayıb ki, Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasının başlıca istiqamətlərindən biri əmək ehtiyatlarından səmərəli istifadəyə şərait yaradılmaqla əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsidir.

Tədbirdə qonaqlar çıxış edərək tədbirin yüksək səviyyədə təşkilinə və göstərilən qonaqpərvərliyə görə minnətdarlıqlarını bildirib, müzakirə olunan məsələlərlə bağlı fikir və təkliflər səsləndirilib, yaradılmış işçi qruplarda müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti