...

Regionlarda Qurban bayramı (FOTO)

Cəmiyyət Materials 12 Sentyabr 2016 13:43 (UTC +04:00)
Azərbaycanın bölgələrində Qurban bayramı qeyd olunur.
Regionlarda Qurban bayramı (FOTO)

Bakı. Trend:

Azərbaycanın bölgələrində Qurban bayramı qeyd olunur.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, bayram münasibətlə şəhərin Gəncənin 10-dan artıq yaşayış məntəqəsində 15 iribuynuzlu, 540 xırdabuynuzlu heyvan kəsilib.

Qurban payları ümumilikdə 13 mindən artıq şəhid ailəsi, Qarabağ və Çernobıl əlilləri, Əfqanıstan veteranları, eyni zamanda imkansız, kimsəsiz və sosial müdafiəyə daha çox ehtiyacı olan sakinlərə verilib.

Gəncə şəhər Baytarlıq İdarəsinin rəisi Bayandur Rzayev bildirib ki, heyvanlar baytar-sanitar tələblərə uyğun şəraitdə kəsilir: "Gücləndirilmiş iş rejimində çalışırıq. Bütün kəsim nöqtələrinə nəzarət edirik".

Şəmkirdə də Qurban bayramı münasibətilə qurbanlıq heyvanlar kəsilib, aztəminatlı və imtiyazlı şəxslərə, eləcə də milli qəhrəman və şəhid ailələrinə, Qarabağ müharibəsi əlilləri, qaçqın və məcburi köçkünlərə paylanılıb. Ümumilikdə 10 min ailəyə qurban payı düşüb. 1200-ə yaxın ailəyə əlavə olaraq ərzaq sovqatı verilib. Rayon ərazisində yerləşən hərbi hissələrə də qurbanlıq heyvanlar göndərilib, əsgərlər üçün bayram süfrəsi açılıb.

Samuxda isə 300-ə yaxın iri və xırda buynuzlu heyvan kəsilərək 1000-ə yaxın imtiyazlı ailəyə qurban payı çatdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti