...

Azərbaycan dünyada rekord qıran məhvedici silahını nümayiş etdirdi (FOTO)

Cəmiyyət Materials 28 Sentyabr 2016 15:09 (UTC +04:00)
Azərbaycan dünyada mövcud olan iriçaplı snayperlər arasında rekord qıran yeni silah istehsal edib.
Azərbaycan dünyada rekord qıran məhvedici silahını nümayiş etdirdi (FOTO)

Bakı. Samir Əli - Trend:

Azərbaycan dünyada mövcud olan iriçaplı snayperlər arasında rekord qıran yeni silah istehsal edib.

Trend-in məlumatına görə, Bakıda keçirilən "ADEX 2016" İkinci Azərbaycan Beynəlxalq Müdafiə sərgisində həmin silah nümayiş olunub.

"NST 14,6" snayper tüfəngi adlanan məhvedici silah Azərbaycan Müdafiə Sənayesi Nazirliyi tərəfindən istehsal olunub. Silah ilk dəfə bu sərgidə nümayiş olunub. 19 kq çəkiyə malik silahın atış məsafəsi 2000 metrdir. Silah 1600 metrdə hədəfi darmadağın edir. Bu məsafədə, həmçinin zirehli texnikanı asanlıqla vurur, 4000 metrdə isə hədəfi öldürməyə malikdir. Snayperin nişan alma məsafəsi 2000 metrdir.

Silahın uzunluğu 1900 mm, qundağı yığılanda isə 1600 mm olur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti