...

Fransız-Azərbaycan Universiteti yeni binaya köçürüləcək

Cəmiyyət Materials 7 Oktyabr 2016 16:08 (UTC +04:00)
Fransız-Azərbaycan Universitetinin (UFAZ) yeni binasının növbəti tədris ili üçün istifadəyə verilməsi nəzərdə tutulur.
Fransız-Azərbaycan Universiteti yeni binaya köçürüləcək

Bakı. İlhamə İsabalayeva - Trend:

Fransız-Azərbaycan Universitetinin (UFAZ) yeni binasının növbəti tədris ili üçün istifadəyə verilməsi nəzərdə tutulur.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı deyib.

Rektor qeyd edib ki, UFAZ ADNSU-nun 3-cü tədris korpusuna köçürüləcək: “Bakının Nizami 183 ünvanında yerləşən həmin korpusu UFAZ üçün ayırmışıq. Binanın təmiri Təhsil Nazirliyinin ümumi nəzarəti altında, dövlət səviyyəsində keçirilir. Növbəti tədris ili üçün binanın istifadəyə verilməsi nəzərdə tutulub”.

M.Babanlı bildirib ki, hazırda UFAZ-a rəhbərliyi o edir.

M.Babanlı UFAZ-a yeni rektorun təyini ilə bağlı qərarın bu günlərdə açıqlanacağını da söyləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti