...

Sabah ölkə ərazisində yağmurlu hava olacaq

Cəmiyyət Materials 21 Oktyabr 2016 12:50 (UTC +04:00)
Sabah Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Sabah ölkə ərazisində yağmurlu hava olacaq

Bakı. Trend:

Sabah Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə çiskinli yağış yağacağı, gündüz fasilə olacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 9-11° isti, gündüz 11-14° isti, Bakıda gecə 9-11° isti, gündüz 11-13° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 80-90 % təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz
Oktyabrın 22-23-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Azərbaycanın rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 7-11° isti, gündüz 12-15° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti