...

Misirli diplomat BDU-da olub (FOTO)

Cəmiyyət Materials 28 Oktyabr 2016 15:56 (UTC +04:00)
Misir səfirliyinin Təhsil Əlaqələri Mərkəzinin müdiri Beynəlxalq jurnalistika kafedrasında olub.
Misirli diplomat BDU-da olub  (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika kafedrasında Misirin Azərbaycandakı səfirliyinin mədəniyyət attaşesi, səfirliyin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi, mərkəzin əməkdaşları Kəmalə İsgəndərova və Fərid Camalovun iştirakı ilə görüş keçirilib.

Univeristetin mətbuat və informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, qonaqları salamlayan kafedra müdiri, professor Həmid Vəliyev kafedranın yaranma tarixi, fəaliyyət istiqamətləri, tədris edilən fənlər barədə məlumat verib. Fakültə rəhbərliyi, kafedranın professor-müəllim heyəti iştirak etiyi görüşdə Misirin jurnalistika təhsili verən fakültələrinin, media qurumlarının Beynəlxalq jurnalistika kafedrası ilə əlaqələrinin yaradılması, kafedranın Misir mətbuatı ilə bağlı “Yeni dünya jurnalistikası” və “Xarici ölkələrin jurnalistika tarixi” kursuna daxil olan mövzular üzrə misirli mütəxəssislərin mühazirələrinin təşkili kimi məsələlər müzakirə edilib, kafedra üzvləri əlaqələrin yaradılması istiqamətində bir sıra təkliflər səsləndiriblər.

Görüşün keçirilməsindən məmnunluğunu ifadə edən Ə.S.Elaydi Beynəlxalq jurnalistika kafedrası ilə əməkdaşlıq əlaqələrinin uğurlu olacağına əminliyini ifadə deyib. Səsləndirilən təkliflərin hər birinə öz münasibətini bildirən Ə.S.Elaydi, yaxın gələcəkdə onların həyata keçirilməsi istiqamətində görüləcək işlərdən danışıb. Qeyd edib ki, səfirlik jurnalistika fakültəsi tələbələri üçün ərəb dili kurslarının təşkili, səfirlik və Misir Mədəniyyət Mərkəzində istehsalat təcrübələrində iştiraklarının təmin edilməsi, bu ölkənin mətbuatı ilə bağlı tədqiqat aparan beynəlxalq jurnalistika kafedrası müəllimləri, magistrantları və doktorantlarının ədəbiyyat və digər vəsaitlərlə təmini, o cümlədən təcrübə mübadiləsi istiqamətində dəstək vermək niyyətindədir.

Görüş qarşılıqlı maraq doğuran məsələlələrin müzakirəsi ilə başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti