...

ATU-da israilli mütəxəssislərin iştirakıyla seminar keçirilir (FOTO)

Cəmiyyət Materials 17 Noyabr 2016 12:49 (UTC +04:00)
ATU-nun Tədris Cərrahiyyə Klinikasında “Düzgün kliniki Praktika” seminarının açılış mərasimi olub.
ATU-da israilli mütəxəssislərin iştirakıyla seminar keçirilir (FOTO)

Bakı. Trend:

ATU-nun Tədris Cərrahiyyə Klinikasında İsrail səfirliyinin dəstəyi ilə İsrailin Ben-Qurion Universitetinin əməkdaşlarının keçirdiyi “Düzgün kliniki Praktika” (Good Clinical Practice) seminarının açılış mərasimi olub.

Klinikanın direktoru professor Dr.Surxay Hadıyev qeyd edib ki, bu cür beynəlxalq tədbirlərin keçrilməsi klinik tədqiqatlar səhəsində çalışan alimlərinin elmi fəaliyyətlərinin inkişafında böyük rol oynayacaq.

ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Dr. Rəhimə Qabulova qonaqları auditoriyaya təqdim edib. O, İsrail universitetləri ilə elm və təhsil sahəsində əməkdaşlığın vacibliyini vurğulayıb.

Seminarın keçirilməsinə dəstək olan İsrail səfiriyinin nümayəndəsi, səfirin müavini Amir Rom deyib ki, Azərbaycan-İsrail əməkdaşlığı tək bu istiqamətdə deyil, həmçinin gələcəkdə Universitetlər arası həkim-tələbə mübadiləsi sahəsində də inkişaf etdirilməlidir.

Sonra İsrailin Ber-Şeva şəhərində yerləşən Moşe Soroka adına Universitet Tibb Mərkəzinin Elmi araşdırmalar mərkəzinin koordinatoru Aviva Qrosbard və Tibb Mərkəzinin Administrasiyasının əməkdaşı Naomi Amixay çıxış ediblər. Onlar bu tibb ocağının ölkədə ən böyük elmi və klinik mərkəzlərdən biri olduğunu və hazırda burada tibbin müxtəlif istiqamətlərini əhatə edən 1000-dən artıq klinik tədqiqatın aparılmasını qeyd etdilər.

3 gün davam edəcək seminarda universitet əməkdaşları ilə birgə Səhiyyə Nazirliyi, Respublika Diaqnostika Mərkəzi, Psixi Sağlamlıq Mərkəzinin əməkdaşları da iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti