...

Sumqayıtda satışına razılıq verilməmiş 328 dini ədəbiyyat və 315 “DVD” disk götürülüb

Cəmiyyət Materials 19 Noyabr 2016 13:37 (UTC +04:00)
Sumqayıt şəhər sakinlərinə məxsus olan 9 mağazadan satışına razılıq verilməmiş və markalanmamış dini təyinatlı ədəbiyyat və “DVD” disklər götürülüb.
Sumqayıtda satışına razılıq verilməmiş 328 dini ədəbiyyat və 315 “DVD” disk götürülüb

Bakı. Trend:

Sumqayıt şəhər sakinlərinə məxsus olan 9 mağazadan satışına razılıq verilməmiş və markalanmamış dini təyinatlı ədəbiyyat və “DVD” disklər götürülüb. Hadisə ilə bağlı Trend-ə Daxili İşlər Nazirliyindən verilən məlumata görə, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi əməkdaşlarının noyabrın 18-də Sumqayıt şəhəri ərazisində keçirdikləri birgə tədbirlər nəticəsində şəhər sakinlərinə məxsus olan 9 mağazadan satışına razılıq verilməmiş və markalanmamış dini təyinatlı ümumilikdə 328 ədəd ədəbiyyat və 315 ədəd “DVD” disklər aşkar edilərək götürülüb.

Həmin mağazaların lisenziyası olmadan fəaliyyət göstərmələri də müəyyən edilib.

Faktlarla əlaqədar İnzibati Xətalar Məcəlləsinin 516-cı maddəsi ilə protokollar tərtib olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti