Bakı. Trend:
Bakıda Naxçıvan Avtomobil Zavodunda (NAZ) istehsal olunan "Lifan 820 Premium" markalı avtomobilin təqdimatı keçirilib.
Zavodun direktor müavini Polad Sadıxov Trend-ə bildirib ki, NAZ hər il yeni avtomobil modelini müştərilərə təqdim edir.
Onun sözlərinə görə, bu, zavodda istehsal olunan ən yeni premium-klass avtomobildir.
Avtomobil 2,4 litr həcmində mühərriklə təchiz olunub. Mühərrik 161 at gücünə malikdir, avtomobilin maksimal sürəti saatda 180 kilometrdir.