...

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi yeni telelayihədə iştirak edir (FOTO)

Cəmiyyət Materials 21 Noyabr 2016 19:42 (UTC +04:00)
"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti - AzTv, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və Nizami Kino Mərkəzinin birgə layihəsi əsasında “Pillə” verlişinin çəkilişlərinə start verilib.
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi yeni telelayihədə iştirak edir (FOTO)

Bakı. Trend:

"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti - AzTv, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və Nizami Kino Mərkəzinin birgə layihəsi əsasında “Pillə” verlişinin çəkilişlərinə start verilib.

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindən Trend-ə verilən məlumata görə, layihənin ilk iki buraxılışının qonaqları Bakı şəhərinin uşaq musiqi və incəsənət məktəblərinin şagirdləridir.

Gənc istedadları bir araya toplayan “Pillə” verilişi tamaşıçılara müxtəlif peşə sahibləri ilə, incəsənətin bütün sahələrində bacarıqlarını nümayiş etdirə bilən ifaçılarla yaxından tanış olma imkanı yaradır.

Qeyd edək ki, “Pillə” layihəsinin ilk buraxılışı dekabr ayının ilk günlərində efirə gedəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti