...

"Azərbaycan Tələbə Kartı" yeni variantda təqdim ediləcək

Cəmiyyət Materials 13 Dekabr 2016 12:48 (UTC +04:00)
"Azərbaycan Tələbə Kartı" yeni variantda təqdim ediləcək.
"Azərbaycan Tələbə Kartı" yeni variantda təqdim ediləcək

Bakı. Trend:

"Azərbaycan Tələbə Kartı" yeni variantda təqdim ediləcək.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, təhsil alan gənclərə sosial dəstəyin artırılması və tələbələrin beynəlxalq güzəştli kartlar sisteminə qoşulması məqsədilə 2012-ci ildən etibarən Gənclər və İdman, Təhsil nazirlikləri və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri üçün 196 min ədəd "Azərbaycan Tələbə Kartı" hazırlanaraq pulsuz paylanıb.

"Azərbaycan Tələbə Kartı" Avropa Gənclər kartı ilə birgə buraxılır. 1987-ci ildə təsis edilən Avropa Gənclər Kartı Assosiasiyası üzv təşkilatları sosial, mədəni, təhsil və iqtisadi cəhətdən mobil olmaq üçün daha çox gəncləri stimullaşdırmaq istiqamətində birgə fəaliyyət məqsədi daşıyır.

Plastik kartın üzərində Avropa Gənclər Kartının loqosu var və ona uyğun olaraq kartın içində mikroçip yerləşdirilib. Bu da kart sahibinə Avropanın 37 ölkəsində aşağıdakı 80.000-dən artıq və Azərbaycanda 200-dən artıq obyektdə 5%-dən 55%-ək endirimlər təklif edir.

Kartdan aşağıdakı istiqamətlər üzrə istifadə etmək imkanı var:

- səyahət zamanı: hotellər və hostellər, ekskursiyalar və turlar
- nəqliyyat: qatarlar, avtobuslar, hava və su nəqliyyatı
- mağazalar: kitab, idman, paltar və digər
- iaşə obyektləri: restoranlar və kafelər
- xidmətlər: sığorta, abunə servisi, bələdçi

Məqalədə:
Xəbər lenti

Xəbər lenti