...

Bakı yollarında sürət həddi azaldıldı

Cəmiyyət Materials 15 Dekabr 2016 10:01 (UTC +04:00)

Bakı. Trend:

Paytaxt yollarında sürət həddi azaldılıb.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, paytaxtda müşahidə edilən faktiki hava şəraitinə uyğun metereoloji amillər nəzərə alınaraq, şəhərdaxili əsas magistral avtomobil yollarında nəqliyyat vasitələri üçün müəyyən edilmiş sürət həddi 20 km/saat endirilib.

Qeyd olunub ki, axşama doğru yollarda buzlaşma olarsa, sürət həddi daha 20 km/saat endirilə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti