...

FHN-in 2 gəmisi itkin düşən neftçilərin axtarışına başladı

Cəmiyyət Materials 15 Dekabr 2016 12:01 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyi “Azneft” İB-nin N.Nərimanov adına NQÇİ-nin 3 saylı Neft Yığım Məntəqəsində estakadanın uçması nəticəsində itkin düşən neftçilərin axtarışına başlayıb.
FHN-in 2 gəmisi itkin düşən neftçilərin axtarışına başladı

Bakı. Samir Əli - Trend:

Fövqəladə Hallar Nazirliyi “Azneft” İB-nin N.Nərimanov adına NQÇİ-nin 3 saylı Neft Yığım Məntəqəsində estakadanın uçması nəticəsində itkin düşən neftçilərin axtarışına başlayıb.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazirliyin “Vixr-5” və “Vixr-8” gəmiləri artıq hadisə yerindədir, axtarışlar davam etdirilir.

Xatırladaq ki, SOCAR “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft Qazçıxarma İdarəsində (NQÇİ) baş vermiş hadisə ilə əlaqədar məlumat yayıb.

Külək estakadanı dənizə uçurdu: 10 nəfər itkin düşüb (SİYAHI)

Külək estakadanı dənizə uçurdu: 10 nəfər itkin düşüb (SİYAHI)

Məlumata görə, 15.12.2016-cı il tarixində səhər saat 05 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək “Azneft” İB-nin N.Nərimanov adına NQÇİ-nin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub.

İlkin məlumata əsasən, hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti