...

Fransız-Azərbaycan Universiteti işçi qəbulu elan edib

Cəmiyyət Materials 15 Dekabr 2016 15:37 (UTC +04:00)
Fransız-Azərbaycan Universitetində (UFAZ) 2-ci semestr üçün vakansiyalar elan edib.
Fransız-Azərbaycan Universiteti işçi qəbulu elan edib

Bakı. İlhamə İsabalayeva - Trend:

Fransız-Azərbaycan Universitetində (UFAZ) 2-ci semestr üçün vakansiyalar elan edib.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, vakansiyalar fizika, kimya, informatika müəllimi, kimya və fizika laborantı üzrədir.

Namizədlərin qeyd edilən sahələr üzrə ən azı magistr dərəcəsi və iki illik tədris təcrübəsi, yüksək ingilis dili biliyi və bu dildə fənlərin tədrisi səriştəsi olmalıdır.

Fransız-Azərbaycan Universiteti (UFAZ) layihəsi Fransa və Azərbaycan Prezidentlərinin təşəbbüsü ilə irəli sürülmüş bir layihədir.

Layihəyə əsasən, 2016-2017-ci tədris ilindən etibarən Azərbaycan Dövlət Neft və Sənaye Universiteti nəzdində 4 ixtisas üzrə tədris başlanılıb.

Xəbər lenti

Xəbər lenti