...

İstanbul-Bakı aviareysləri təxirə salındı

Cəmiyyət Materials 29 Dekabr 2016 10:13 (UTC +04:00)
Dekabrın 29-na planlaşdırılmış İstanbul-Bakı və Bakı-İstanbul reysləri təxirə salınıb.
İstanbul-Bakı aviareysləri təxirə salındı

Bakı. Maksim Tsurkov - Trend:

Dekabrın 29-na planlaşdırılmış İstanbul-Bakı və Bakı-İstanbul reysləri Türkiyənin İstanbul şəhərində qeydə alınan əlverişsiz hava şəraiti ilə əlaqədar təxirə salınıb.

Bu barədə Trend "Türk Hava Yolları"na istinadən məlumat verir.

"Türk Hava Yolları"na məxsus təyyarənin İstanbuldan yerli vaxtla saat 16:05-də, Azərbaycan paytaxtından İstanbula isə Bakı vaxtı ilə saat 20:55-də havaya qalxması nəzərdə tutulurdu.

Ümumilikdə, "Türk Hava Yolları" əlverişsiz hava şəraiti ilə əlaqədar 29-31 dekabr tarixlərində 23 beynəlxalq və daxili reysi ləğv edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti