...

Bayram günlərində təcili yardıma müraciətlərin sayı artıb

Cəmiyyət Materials 2 Yanvar 2017 11:04 (UTC +04:00)
Müraciətlər, əsasən, ürək-damar xəstəlikləri, qızdırma ilə bağlı olub.
Bayram günlərində təcili yardıma müraciətlərin sayı artıb

Bakı. Trend:

Yeni il bayramı günlərində Azərbaycan Səhiyyə Nazirliyinin Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına edilən müraciətlərin sayı adi günlər üzrə müraciətlərin ümumi orta səviyyəsindən 25 faiz çox olub.

Stansiyadan Trend-ə verilən məlumata görə, bayram günlərində, yəni 2016-cı il 31 dekabr və 2017-ci il 1 yanvar tarixlərində müraciətlərin sayı 2500-dən çox olub. Müraciətlər, əsasən, ürək-damar xəstəlikləri, qızdırma ilə bağlı olub.

Bildirilib ki, adi günlərdə müraciətlərin sayı 2000-ə yaxın olur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti