...

Masallı-Yardımlı avtomobil yolunda avtomobillərin hərəkəti bərpa olunub (FOTO/VİDEO)

Cəmiyyət Materials 17 Fevral 2017 13:23 (UTC +04:00)
Güclü qar nəticəsində Masallı-Yardımlı avtomobil yolunu qar bağlayıb.
Masallı-Yardımlı avtomobil yolunda avtomobillərin hərəkəti bərpa olunub (FOTO/VİDEO)

Bakı. Samir Əli - Trend:

Güclü qar nəticəsində Masallı-Yardımlı avtomobil yolunu qar bağlayıb.

Bu barədə Trend-ə açıqlamasında "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

A.Nəcəfli bildirib ki, səhər saatlarında "Azəravtoyol" ASC-nin “51 №-li Yol İstismarı” MMC-nin əməkdaşları və xüsusi texnikaları həmin əraziyə cəlb edilib və yolun təmizlənməsinə başlanılıb. Yol qardan təmizlənib və avtomobillərin normal hərəkəti təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti