...

Sürücülərin nəzərinə: Bu yolda hərəkət məhdudlaşdırılacaq

Cəmiyyət Materials 14 Mart 2017 14:09 (UTC +04:00)
Bakı-Şamaxı-Yevlax avtomobil yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Sürücülərin nəzərinə: Bu yolda hərəkət məhdudlaşdırılacaq

Bakı. Trend:

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 12,8 km-də Sulutəpə qəsəbəsi ərazisində tikilən yerüstü piyada keçidlərində aşırım qurğusunun montajı ilə əlaqədar olaraq, mart ayının 14-ü və 15-də gecə saat 00:00 dan səhər saat 5:00-dək yolun bir hərəkət zolağında (hər iki istiqamət üzrə) nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

“Azəravtoyol” ASC-dən Trend-ə verilən məlumata görə, mart ayının 16-ı və 17-də isə gecə saat 00:00-dan sahər saat 5:00-dək yol hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərkəti üçün tamamilə bağlanacaq. Alternativ yol olaraq, nəqliyyat vasitələri Hacı Zeynalabdin Tağıyev – Sahil avtomobil yolundan istifadə etməklə Bakı-Şamaxı yoluna və əksinə çıxmaqla hərəkəti davam etdirə bilərlər.

“Azəravtoyol” ASC sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti