...

Bu gün Eldar Sultanovun 54 yaşı tamam olur

Cəmiyyət Materials 16 Mart 2017 10:03 (UTC +04:00)
Bu gün Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri, mətbuatın dostu Eldar Sultanovun doğum günüdür.
Bu gün Eldar Sultanovun 54 yaşı tamam olur

Bakı. Trend:

Bu gün Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri, mətbuatın dostu Eldar Sultanovun doğum günüdür. Trend bildirir ki, martın 16-da prokurorluq rəsmisinin 54 yaşı tamam olur.

1963-cü il martın 16-da Gürcüstan Respublikasının Marneuli rayonunda anadan olan E.Sultanov 1969-1979-cu illərdə orta təhsil alıb. E.Sultanov Azərbaycan Aqrar Universitetinin iqtisadiyyat və Bakı Dövlət Universitetinin hüquq fakültələrini bitirib. 1983-cü ildən dövlət qulluğunda çalışan E.Sultanov 2001-2006-cı illərdə Azərbaycan Milli Məclis sədrinin köməkçisi vəzifəsində çalışıb. 2007-ci ildən Baş Prokurorluğun Təşkilat Analitik İdarəsinin prokuroru vəzifəsində xidmətə başlayıb, 2008-ci ildən Baş Prokurorluğun mətbuat xidmətinə rəhbərlik edir. Həmin vaxtdan bu günə qədər E.Sultanov media ilə sıx əməkdaşlıq edir, KİV-lə qarşılıqlı münasibətlərin daha da yaxşılaşmasına və yüksək əməkdaşlığa nail ola bilib.

Trend İnformasiya Agentliyi adından E.Sultanovu təbrik edir, ona can sağlığı, mənalı ömür və gələcək işlərində uğurlar arzulayırıq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti