...

Azərbaycanlı turistlərin marağı 3 dəfə artıb - HARA?

Cəmiyyət Materials 5 Aprel 2017 18:33 (UTC +04:00)
Azərbaycandan Türkiyəyə turist putyovkalarının satışı 30 faizədək artıb
Azərbaycanlı turistlərin marağı 3 dəfə artıb - HARA?

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycandan Türkiyəyə turist putyovkalarının satışı 30 faizədək artıb.

Trend-in məlumatına görə, bunu jurnalistlərə “SUMMER TOUR Workshop” forumu zamanı “Silk Way Travel” şirkətinin xarici turizm departamentinin direktoru Ayxan Əlləzli deyib.

Onun sözlərinə görə, bunun səbəbi erkən bronlaşdırma zamanı Türkiyə hotellərinin təqdim etdiyi endirimlərdir: “Bu gün forumumuzda Antalya, İzmir, Bodrum, Dalaman və İstanbuldan olan 60-dan çox hotel iştirak edir. Bütün hotellər beşulduzludur, onlar arasında lüks kateqoriyalılar da var. Yanvarın sonundan etibarən Türkiyə hotelləri erkən bronlaşdırma aksiyası keçirir və 50 faizədək endirimlər təklif edir. Bu da həmin istiqamətə marağın artmasına səbəb olur”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti