...

Bakıda pulsuz "Wi-Fi" daha HARADA olacaq? (ÖZƏL)

Cəmiyyət Materials 14 Aprel 2017 20:03 (UTC +04:00)
“Bakı Telefon Rabitəsi” istehsalat birliyi Bakıda “Ağ şəhər” ərazisində pulsuz “Wi-Fi”-ın əhatə dairəsini genişləndirir
Bakıda pulsuz "Wi-Fi" daha HARADA olacaq? (ÖZƏL)

Bakı. Hüseyn Vəliyev - Trend:

“Bakı Telefon Rabitəsi” İstehsalat Birliyi Bakıda “Ağ şəhər” ərazisində də pulsuz “Wi-Fi” xidmətinin əhatə dairəsini genişləndirir.

Bu məlumatı Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə verib.

Məlumata görə, artıq müvafiq texniki işlər həyata keçirilir və pulsuz "Wi-Fi" xidməti bu ərazidə yaxın zamanlarda işə salınacaq.

Qeyd edək ki, şəbəkənin əhatə dairəsinin genişləndirilməsi işləri “ictimai Wi-Fi” layihəsi çərçivəsində aparılır. Hazırda bu layihə Dənizkənarı Milli park, İçərişəhər və Dövlət Bayrağı Meydanını əhatə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti