...

Yaydan etibarən Azərbaycana gətirilən tütün toxumları rüsumdan azad ediləcək

Cəmiyyət Materials 22 Aprel 2017 15:38 (UTC +04:00)
Mayın sonundan etibarən Azərbaycana gətirilən tütün toxumları gömrük rüsumundan azad ediləcək.
Yaydan etibarən Azərbaycana gətirilən tütün toxumları rüsumdan azad ediləcək

Bakı. Azad Həsənli - Trend:

Mayın sonundan etibarən Azərbaycana gətirilən tütün toxumları gömrük rüsumundan azad ediləcək.

Trend-in məlumatına görə, Nazirlər Kabineti bununla bağlı "Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri"nə dəyişiklik edib.

Qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.

Hazırda qüvvədə olan qərara görə, 12-ci qrupda (yağlı toxum və meyvələr, digər toxum, meyvələr və taxıl, saman və yem, dərman bitkiləri və texniki bitkilər, ) 1209 99 990 0 altkateqoriyadakı digər mallar gömrük dəyərinin 3%-i həcmində gömrük idxal rüsumuna cəlb edilib. Dəyişikliyə əsasən isə tütün toxumları ayrıca altkateqoriyada göstərilməklə gömrük rüsumundan azad edilir.

Bu kateqoriyadan olan digər mallar isə yenə 3% gömrük rüsumuna cəlb ediləcək.

Digər dəyişiklik isə ağacların və digər bitkilərin (bitki kökləri, soğanaqları və digər analoji hissələri, kəsilmiş çiçəklər və dekorativ bitkilər) 6-cı qrupla bağlıdır. "Ağaclar, kollar və kolluqlar (peyvənd edilmiş və ya edilməmiş, yeməli bar gətirənlər)" kateqoriyasında ayrıca "tinglər" altkateqoriyası yaradılıb və bu altkateqoriya gömrük rüsumundan azad edilib. Bu kateqoriyaya aid edilən digər məhsullar isə (üzüm qələmi istisna edilməklə) gömrük dəyərlərinin 15%-i həcmində gömrük idxal rüsumuna cəlb ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti