...

Azərbaycan cüdoçusu ilk mübarizəsini qələbə ilə başa vurdu

Cəmiyyət Materials 13 May 2017 10:50 (UTC +04:00)
Bu gün IV İslam Həmrəyliyi Oyunları çərçivəsində cüdo yarışlarına start verilib.
Azərbaycan cüdoçusu ilk mübarizəsini qələbə ilə başa vurdu

Bakı. Elçin Mehdiyev – Trend:

Bu gün IV İslam Həmrəyliyi Oyunları çərçivəsində cüdo yarışlarına start verilib.

Trend-in məlumatına görə, Azərbaycanın qadın cüdoçularından ilk olaraq tatamiyə 57 kq dərəcəsində Kifayət Qasımova çıxıb.

Onun rəqibi Mərakeş təmsilçisi Yoursa El Bouhairi olub. Gərkin keçən mübarzə nəticəsində Azərbaycan təmsilçisi rəqibini məğlub edib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti