...

AVCİYA Ermənistanın dinc Azərbaycan vətəndaşlarına qarşı növbəti ağır cinayətini lənətləyir

Cəmiyyət Materials 8 İyul 2017 12:01 (UTC +04:00)
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndində törətdiyi ağır cinayətlə bağlı bəyanat yayıb.
AVCİYA Ermənistanın dinc Azərbaycan vətəndaşlarına qarşı növbəti ağır cinayətini lənətləyir

Bakı. Trend:

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndində törətdiyi ağır cinayətlə bağlı bəyanat yayıb.

Trend-ə daxil olan bəyanatda deyilir: “Ermənistanın hərbi-siyasi rəhbərliyi növbəti cinayətə imza atdı. İyulun 4-də axşam saatlarında işğal altında olan ərazilərimizdəki Ermənistan silahlı qüvvələri Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisinin və mülki obyektlərinin ərazilərini mina və qumbaraatanlardan atəşə tutdular.

Bu vəhşi əməl nəticəsində Alxanlı kənd sakinləri – 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak oldu, digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirildi.

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası olaraq Ermənistan dövlətinin dinc Azərbaycan vətəndaşlarına qarşı törətdiyi növbəti ağır cinayəti qətiyyətlə lənətləyir və dünya ictimaiyyətinin diqqətini bu dəhşətli hadisəyə yönəldirik.

ATƏT-in Minsk qrupunu və beynəlxalq təşkilatları Ermənistan dövlətinin işğalçı siyasətinə son qoymaq üçün qətiyyətli addımlar atmağa çağırırıq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti