...

Artıq vakant yerlərin müsabiqəyə çıxarılması MƏCBURİDİR

Cəmiyyət Materials 10 İyul 2017 10:22 (UTC +04:00)
Dövlət qulluğuna qəbul üçün vakant vəzifələrin ümumi müsahibəyə və ya müsabiqəyə çıxarılması məcburi olub.
Artıq vakant yerlərin müsabiqəyə çıxarılması MƏCBURİDİR

Bakı. İlhamə İsabalayeva – Trend:

Dövlət qulluğuna qəbul üçün vakant vəzifələrin ümumi müsahibəyə və ya müsabiqəyə çıxarılması məcburi olub.

Trend-in məlumatına görə, bunu " Dövlət qulluğuna dair qanunvericiliyin tətbiqində dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi” mövzusunda konfransda çıxış edən Dövlət İmtahan Mərkəzinin Hüquqi təminat və insan resurları şöbəsinin müdiri Vüqar Əsgərov bildirib.

Onun sözlərinə görə, qanunvericilikdə edilmiş əsas dəyişiklik dövlət qulluğuna qəbul sisteminin əhatə dairəsinin genişləndirilməsi olub.

V.Əsgərov qeyd edib ki, bu günə kimi vakant vəzifələrin ümumi müsahibəyə və ya müsabiqəyə çıxarılması məcburi olmadığı halda, yeni qaydalarla artıq bu, məcburi norma olaraq müəyyən edilib.

Onun sözlərinə görə, əgər bundan qabaq müsabiqə ilə qəbul yalnız 5-7-ci təsnifata daxil olan inzibati vəzifələrə şamil olunurdusa, artıq yeni dəyişikliklərə əsasən dövlət qulluğuna qəbul 1-7-ci təsnifat inzibati vəzifələr üzrə aparılacaq. Yəni dövlət qulluğunda yüksək vəzifə (dövlət orqanında xidmət rəisi, aparat rəhbəri, şöbə müdiri vəzifələri) tutmaq istəyən şəxslər də müsabiqədən keçməli olacaqlar.

V.Əsgərov deyib ki, dövlət qulluğuna qəbulda edilən digər mühüm dəyişiklik sertifikasiya sisteminin tətbiqi olub. Belə ki, müsabiqənin test mərhələsindən uğurla keçən namizədə müvafiq sertifikat təqdim olunacaq. 5 il müddətində qüvvədə qalacaq bu sənəd namizədə bu müddət ərzində vakant vəzifələr üzrə elan edilən müsahibələrdə iştirak etməyə imkan verəcək.

Xəbər lenti

Xəbər lenti