Bakı Bəyannaməsi: İki ildə bir dəfə Bakı formatında beynəlxalq elmi-praktiki konfrans keçirilsin

Bakı Bəyannaməsi: İki ildə bir dəfə Bakı formatında beynəlxalq elmi-praktiki konfrans keçirilsin

Bakı. Trend:

İyulun 14-də Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi, UNEC, Clarivate Analytics (Thomson Reuters), Beynəlxalq Elmi və Texniki İnformasiya Mərkəzinin təşkilatçılığı ilə “Universitetlərdə elmi fəaliyyətin müasir idarəetmə modeli” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

UNEC-in Marketinq və Kommunikasiya Departamenti, İctimaiyyətlə Əlaqələr Şöbəsindən Trend-ə verilən məlumata görə, konfransda Təhsil naziri Mikayıl Cabbarov, UNEC rektoru, professor Ədalət Muradov, Müəllif Hüquqları Agentliyinin sədri, professor Kamran İmanov, İnkişaf etməkdə olan ölkələr üzrə qlobal direktor Viji Krişnan, Beynəlxalq Elm və Texnika İnformasiya Mərkəzinin direktoru Yevqeniy Uqrinoviçlə yanaşı, ABŞ-ın Şimali Karolina Universitetinin professoru, Nobel mükafatı laureatı Aziz Sancar da çıxış edib. Konfransın yekununa dair Bakı Bəyannaməsi qəbul edilib.

“Universitetlərdə elmi fəaliyyətin müasir idarəetmə modeli” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransına ictimaiyyətin marağını nəzərə alaraq, Bakı Bəyannaməsini təqdim edirik:

"Universitetlərdə elmi fəaliyyətin müasir idarəetmə modelləri” mövzusunda beynəlxalq elmi-praktiki konfransın dünyanın ondan çox ölkəsinin 40-dan yuxarı universitet və elmi təşkilatını təmsil edən iştirakçıları,

universitetlərdə elmi fəaliyyətin inkişafına sadiqliyi təsdiq edərək,

universitetlər arasında beynəlxalq elmi əlaqələrin möhkəm¬lən¬dirilməsi məqsədlərini hədəf qoyaraq,

müxtəlif ölkələrin universitet çevrələri və profilli beynəlxalq təşkilatlar arasında dialoq və əməkdaşlığın inkişafına səy göstərərək,

milli iqtisadiyyatların və bütovlükdə dünyanın innovasiyalı inkişafı üçün universitet elminin rolunun mühümlüyünü qəbul edərək,

aşağıdakıları bəyan edirlər:

1. Universitetlərdə elmi fəaliyyətin səmərəli idarəedilməsi dayanıqlı inkişaf naminə məhsuldar elmi yaradıcılığın və yüksək dərəcəli tədris fəaliyyətinin ən mühüm şərtidir.

2. Məhsuldar elmi fəaliyyət üçün universitetlər bütün zəruri normativ-hüquqi, maddi, idarəçilik və digər resurslara sahib olmalı, həmçinin milli hökumətlərin dəstəyindən yararlanmalıdırlar.

3. Universitetlərdə elmi fəaliyyətin idarə olunmasının dünya təcrübəsi öyrənilə və ən yaxşı dünya praktikaları isə müasir universitet menecmentinə inteqrasiya oluna bilər.

4. Universitetin elmi fəaliyyəti öz mütərəqqi inkişafı üçün elmi-texniki informasiya və nailiyyətlərin mübadiləsi üzrə geniş beynəlxalq platformanın işlənməsini tələb edir.

5. Dünya səviyyəli tədqiqat universitetlərinə ("research universities") çevrilmək üçün kifayət qədər potensiala malik aparıcı universitetlər qrupunun milli səviyyədə ayırd edilməsinə və elmi fəaliyyəti stimullaşdırmaq üçün onlara effektiv dövlət dəstəyinin göstərilməsinə ehtiyac vardır. Universitetlərin elmi-tədqiqat fəaliyyətinin koordinasiya edilməsi məqsədilə milli səviyyədə universitetlərin elmi fəaliyyətinin idarə olunması üzrə Şuranın yaradılması zəruridir.

6. Elmi tədqiqatların nəticələrinin kommersiyalaşdırılmasına xüsusi diqqət ayrılmalıdır. Qrant maliyyələşdirməsi də daxil olmaqla, kommersiyalaşdırmanın dəstəklənməsi və stimullaşdırılması tədbirləri işlənib hazırlanmalıdır. Əqli mülkiyyət hüquqlarının əldə olunması və onlara sərəncam verilməsi sahəsində, eləcə də startap-şirkətlərin, texnoparkların və innovasiya araşdırmalarının maksimum tez və effektiv şəkildə tətbiq olunmasına şərait yaradan müxtəlif mülkiyyət formalı və digər müəssisələrin yaradılması sahəsində universitetlərin hüquqlarının əhəmiyyətli dərəcədə genişləndirilməsi zəruridir. Elmi araşdırmaların praktik nəticə əldə olunmasına yönəlməsi tədris prosesinin ayrılmaz hissəsi olmalıdır. Elmi tədqiqatların kommersiyalaşdırılması üzrə göstəricilərin universitetlərin fəaliyyətinin səmərəliliyinin ümumi qiymətləndirilməsinə daxil edilməsi vacibdir.

7. Elmi fəaliyyətin elmmetrik qiymətləndirilməsinin məsuliyyətli və tarazlı sisteminin, xüsusən də beynəlxalq səviyyədə tanınmış elmi jurnallarda yazılarla ifadə olunmuş yüksək elmi məhuldarlığa nail olunması və elmi fəaliyyətin nəticələrinin patentləşdirilməsi üçün effektiv maddi və təkilati stimulların yaradılması. Dissertasiya işlərinin qiymətləndirilməsi, elmi dərəcə və adların verilməsi zamanı beynəlxalq dərc olunma fəallığı meyarından istifadə edilməsi.

8. Elmi fəaliyyətin yüksək etik norma və qaydalarının hərtərəfli dəstəklənməsi. “Yırtıcı” adlandırılan elmi jurnallarda yazılar da daxil olmaqla elmi fəaliyyətin müxtəlif imitasiya formalar ilə mübariə üzrə dövlət siyasətinin işlənib hazırlanmasına yardım edilməsi. Məsuliyyətli dərcetmə siyasəti üçün etik norma və standartların işlənib hazırlanması.

9. Milli və beynəlxalq elmmetrik cəmiyyətlərin yaradılmasını təşviq etmək, təhsil tədbirləri, konfranslar və ictimai forumlar keçirmək yolu ilə müasir elmmetriyanın inkişafına dəstək vermək. Elmmetriya sahəsində milli və beynəlxalq dövri orqanların yaradılmasına yardım etmək.

10. "Universitetlərdə elmi fəaliyyətin müasir idarəetmə modelləri” mövzusunda beynəlxalq elmi-praktiki konfransın Bakı formatı uğurlu hesab edilsin;

11. İki ildə bir dəfə Bakı formatında beynəlxalq elmi-praktiki konfrans keçirilsin. Bu məqsədlə 7 nəfərdən (UNEC rektorunun rəhbərliyi ilə UNEC, Clarivate Analytics, Beynəlxalq elmi və texniki informasiya mərkəzinin hər birindən 2 nümayəndə olmaqla) ibarət daimi işçi qrup yaradılsın.

UNEC haqqında:

UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib.

Laçında komendant postlarının yaradılması ilə bağlı işlərə başlanılıb  (ÖZƏL)
Laçında komendant postlarının yaradılması ilə bağlı işlərə başlanılıb (ÖZƏL)
Gəncədə evdən icazəsiz çıxan 5 koronavirus xəstəsi saxlanılıb
Gəncədə evdən icazəsiz çıxan 5 koronavirus xəstəsi saxlanılıb
Bir gündə 28 koronavirus xəstəsi saxlanıldı, 19 nəfərə cinayət işi başlandı
Bir gündə 28 koronavirus xəstəsi saxlanıldı, 19 nəfərə cinayət işi başlandı
Loading Bars
Xəbər lenti
Laçına kiçik ailə biznesləri ilə qayıdacaqlar
AzerTelecom şirkətinin Xəzərin dibi ilə rəqəmsal infrastruktur layihəsi “Türkmentel 2020” konfransında müzakirə edilib (FOTO)
Laçında komendant postlarının yaradılması ilə bağlı işlərə başlanılıb (ÖZƏL)
Laçın rayonunun təhsil statistikası açıqlanıb
Astarada torpağa basdırılmış narkotik aşkarlanıb
Gəncədə evdən icazəsiz çıxan 5 koronavirus xəstəsi saxlanılıb
Qazaxda koronavirus xəstəsinə cinayət işi başlandı
Azərbaycan qalib ölkədir – Türkiyə hökuməti
Üç rəngli bayraq Azərbaycanın bütün torpaqlarında dalğalanacaq - Hüseyn Altınalan
Balakəndə koronavirus xəstəsi barədə cinayət işi başlanılıb (FOTO)
Laçında Azərbaycan bayrağı qaldırılıb (VİDEO)
Laçında rekreasiya, içki sənayesi və turizm üçbucağı yaradıla bilər
Bir gündə 28 koronavirus xəstəsi saxlanıldı, 19 nəfərə cinayət işi başlandı
Xırdalan dairəsi yaxınlığındakı körpünün tikintisi yekunlaşdırılıb (FOTO)
Laçının işğalına son qoyulması Böyük Qələbənin son hərbi-siyasi akkordlarıdır - ŞƏRH
STAR neft emalı zavoduna xam neft emalı artıb
Dekabrın 1-də xarici valyutaların manata qarşı məzənnələri
Ermənilərin yandırdıqları meşələrin bərpası 100-150 il zaman tələb edəcək - Ekspert
Kolumbiya televiziyası erməni təcavüzünün nəticələrini işıqlandırıb (FOTO/VİDEO)
Bakıda kommunal tipli yaşayış binasında yanğın olub
Ceyhan terminalından 194 milyon barelə yaxın AÇQ nefti nəql edilib
Füzulidə her şey dağıdılıb - Rusiyanin "Dojd" telekanalının reportajı (VİDEO)
ABŞ-ın Viskonsin ştatının qubernatoru Cosef Baydenin qalib olmasını təsdiq edib
"Moderna" şirkəti ABŞ-da COVID-19 peyvəndinin istifadəsi üçün sorğu göndərib
Xorvatiyanın baş naziri koronavirusa yoluxdu
"OPEK plus" ölkələri görüşü 3 dekabr tarixinə qədər təxirə saldı
Moskvada koronavirusdan daha 76 nəfər ölüb
Bakıda "Opel" yanıb
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 496 mindən çox artıb
Azərbaycan Ordusunun bölmələri Laçın rayonuna daxil olub (VİDEO)
Türkiyədə koronavirusdan sağalanların sayı 404 mini keçib
Bu gün Laçın rayonu Azərbaycana qaytarılır
Nəriman Məmmədov “Kinematoqrafiya uğurlarına görə” beynəlxalq mükafatı ilə təltif olunub (FOTO)
Tələbələrin ölümü ilə nəticələnən qəzanın görüntüləri yayılıb (VİDEO)
Türkiyə Parlamenti beynəlxalq hüququn müdafiəçisi kimi çıxış etdi
Rusiya ilə Dağlıq Qarabağ üzrə Monitorinq Mərkəzinin detalları müzakirə olunur - Hulusi Akar
Türkiyə koronavirusa qarşı tədbirləri sərtləşdirir
OPEK neft hasilatının səviyyəsinə dair qərarı 2021-ci il 1 dekabra qədər təxirə saldı
Bir sıra hökumət başçıları Baş nazir Əli Əsədovu doğum günü münasibətilə təbrik edib
Nazirlik qazi Kənanı himayəsinə götürdü, anasını isə işlə təmin etdi (FOTO)
Azərbaycan Müdafiə Nazirliyi Türkiyə Milli Müdafiə Nazirliyinə təşəkkür edib
“CIFAL” qrupunun prezidenti Azərbaycan Prezidentini təbrik edib
Gürcüstanda zəlzələ olub
Ceyhun Bayramov Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva ilə görüşüb (FOTO)
Azərbaycan plastik istifadəsinin azaldılmasını hədəfləyir
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
Sülhməramlı kontingent üçün növbəti maddi-texniki təminat vasitələri Azərbaycana gətirilib (FOTO/VİDEO)
Azərbaycanda Rusiyalı həmvətənlərin ictimai təşkilatlarını Əlaqələndirmə Şurası Prezident İlham Əliyevə müraciət edib
Mingəçevir Dövlət Universitetində tələbələrlə silsilə görüşlər keçirilib (FOTO)
Türkiyəli deputat Şamil Ayrım Prezident İlham Əliyevə təbrik məktubu göndərib
Deputatlar bələdiyyələrdə yaradılmış gender əsaslı komissiyalar üçün seminar-təlimlərdə iştirak ediblər
Distant təhsilin müddəti uzadıldı - QƏRAR
Türkiyəli minaaxtaranlar işğaldan azad edilmiş Azərbaycan torpaqlarında əməliyyatlara başlayıb
28 obyektdə zəruri qayda və tələblərin pozulduğu müəyyən olunub
Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın yeni tərkibi təsdiqlənib
Ceyhun Bayramov moldovalı həmkarı ilə telefonla danışıb
Türkmən Həkimləri Dərnəyinin sədri Azərbaycan Prezidentini təbrik edib
18 rayonda şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə yeni evlər verildi (FOTO)
Yerevanda etiraz aksiyasında iştirak edənlər hücuma məruz qalıb (FOTO)
Yüklərin Azərbaycandan daşınması artıq yeni mərhələnin başlanmasının işarəsidir - Deputat
25 minə yaxın şagird məktəbdənkənar fəaliyyət üzrə onlayn dərslərdə iştirak edib
Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi artıb
Paşinyan Putinlə görüşə nail ola bilmədi - Səfər ləğv edildi
Gəncə Şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edildi
Azərbaycanda 2 981 nəfər COVID-19-a yoluxub, 1 226 nəfər sağalıb, 31 nəfər vəfat edib
FHN-in Laçında yerləşəcək binasının lövhəsi hazırdır
Dekabrın 1-də manatın dollara qarşı məzənnəsi
Prezidentə yazırlar: Siz bu xalqın inamını özünə qaytardınız, onu bir yumruq kimi birləşdirdiniz
“Bərdə” gəmi-bərəsi təmirdən sonra istifadəyə verilib
Ombudsman beynəlxalq ictimaiyyətə müraciət edib
Pakistan Senatının üzvü, partiya sədri Prezident İlham Əliyevi təbrik edib
İran Qarabağın bərpasında iştirak etməyə hazırdır - Vitse-prezident
İraq Parlamentinin Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərib
Laçının qayıdışını böyük səbrsizliklə gözləyirik, o da qayıtsın, tam olaq, arzumuza çataq - Deputat
Roberto Karlos və gənc azərbaycanlı futbolçular - Onlayn dünya çempionatının püşkü atılıb
Azərbaycanda dosent koronavirusdan dünyasını dəyişdi
BNA 3,5 milyon manatlıq müqavilə imzalayıb
Azərbaycan dövlətçiliyinin islahatlar və zəfər mərhələsi
İtaliyanın daha iki bələdiyyəsindən Azərbaycana dəstək
Carlsberg Azerbaijan və AzərŞəkər şirkətləri əməkdaşlıq memorandumu imzalayıblar (FOTO)
Daha 107 ev şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edildi (FOTO)
Erməni xalqı Paşinyanı bağışlamayacaq - Sabiq prezident
Dəmiryolçu şəhidlərimizi tanıyaq (FOTO)
Şəhid anası: Oğlum öz şəklinə baxıb dedi ki, bir gün bu şəkildə şəhid görəcəksən (FOTO)
İşğaldan azad olunan ərazilərə səfər etməyin - Baş Prokurorluqdan xəbərdarlıq (VİDEO)
PAŞA Bankın “Onlayn biznes krediti” məhsulu ilk beynəlxalq mükafatını aldı
Ermənistan təcavüzü nəticəsində həlak olan dinc sakinlərin sayı 98-ə çatdı - Prokurorluq
Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçirilib (FOTO)
Yelo Bank-dan mikrokreditlərə tam yeni yanaşma
Yaşayış yerini tərk edən aktiv COVİD-19 daşıyıcıları barədə cinayət işi başlanıb (FOTO/VİDEO)
İranda sutka ərzində 13 mindən çox şəxs koronavirusa yoluxub
“AccessBank” mülki müdafiə təlimlərini davam etdirir (FOTO)
Qazax sakinindən narkotik vasitə götürülüb (FOTO)
Bitkoin 4 faiz bahalaşıb
Şuşa yolunun minalardan təmizlənməsinə başlanılıb - ANAMA
Tərtərlə Suqovuşanı birləşdirən yol yaxın günlərdə istifadəyə veriləcək (ƏLAVƏ OLUNUB) (FOTO)
Azərbaycanda zərərsizləşdirilən minaların sayı açıqlandı
Şuşanın gəzməli-görməli yerləri haqqında video çarx hazırlanıb
İranlı alim necə öldürüldü? - Sui-qəsdin təfərrüatları
ANAMA-dan vətəndaşlara müraciət: Azad edilmiş ərazilərə getmək təhlükəlidir
Bütün xəbərlər