...

Bakının daha bir parkında pulsuz "Wi-Fi" işə salındı

Cəmiyyət Materials 18 Avqust 2017 14:13 (UTC +04:00)
“Bakı Telefon Rabitəsi” MMC pulsuz "Wi-Fi" xidmətinin əhatə dairəsini Hüseyn Cavid parkınadək genişləndirib.
Bakının daha bir parkında pulsuz "Wi-Fi" işə salındı

Bakı. Hüseyn Vəliyev - Trend:

“Bakı Telefon Rabitəsi” MMC pulsuz "Wi-Fi" xidmətinin əhatə dairəsini Hüseyn Cavid parkınadək genişləndirib.

Bu barədə Trend-ə telekommunikasiya bazarındakı mənbə məlumat verib.

Simsiz internet şəbəkəsinin genişləndirilməsi üzrə işlər mart ayından “İctimai Wi-Fi” layihəsi çərçivəsində aparılır. Hazırda bu şəbəkəyə “İçərişəhər” dövlət tarix-memarlıq qoruğu, Dənizkənarı Milli Park, Heydər Əliyev Mərkəzinin parkı, Qış parkı, Zabitlər, Sahil, Axundov, Sabir və Xaqani bağları daxildir.

Yaxın zamanlarda pulsuz "Wi-Fi" "Dədə Qoqrud" parkında da işə salınacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti