...

Bakıda 370-dən artıq sürücü inzibati məsuliyyətə cəlb edilib

Cəmiyyət Materials 24 Avqust 2017 15:01 (UTC +04:00)
Müəyyən edilən qrafİkə uyğun olaraq texniki baxışdan keçməyən minik avtomobilləri ilə bağlı Bakıda həyata keçirilən tədbirlər gücləndirilib.
Bakıda 370-dən artıq sürücü inzibati məsuliyyətə cəlb edilib

Bakı. Elçin Mehdiyev – Trend:

Müəyyən edilən qrafİkə uyğun olaraq texniki baxışdan keçməyən minik avtomobilləri ilə bağlı Bakıda həyata keçirilən tədbirlər gücləndirilib.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

V.Əsədov bildirib ki, avqustun 1-dən bu günə qədər avtomobilini texniki baxışdan keçirməyən 370-dən artıq sürücü inzibati məsuliyyətə cəlb edilib və bu gün də bu istiqamətdə nəzarət gücləndirilib.

Bölmə rəisi bildirib ki, texniki baxışdan keçməməyə görə fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə olunur.

Qeyd edək ki, minik avtomobilləri 1 may-31 iyul tarixləri aralığında texniki baxışdan keçməlidir. Qanunvericiliyə əsasən, minik avtomobilləri istehsal olunduğu vaxtdan hesablanmaqla 5-ci, 7-ci, 9-cu, 11-ci ildə və bundan sonrakı müddətdə hər il texniki baxışdan keçirilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti