...

Nazirlər Kabinetinin avtomobillərin texniki baxışı ilə bağlı dəyişikliyi nə vəd edir?

Cəmiyyət Materials 31 Avqust 2017 22:00 (UTC +04:00)
Nazirlər Kabineti “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”də dəyişikliklər edib.
Nazirlər Kabinetinin avtomobillərin texniki baxışı ilə bağlı dəyişikliyi nə vəd edir?

Bakı. Samir Əli - Trend:

Nazirlər Kabineti "Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə"də dəyişikliklər edib.

Dəyişikliyə əsasən nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilməsi və daimi uçota alınması üçün mühərrik, ban və şassi nömrələrini, habelə rəngini tutuşdurmaq məqsədi ilə müayinə edildikdən sonra texniki baxışdan keçiriləcək.

Qərara görə, minik avtomobilləri istehsal olunduqları vaxtdan dörd il keçməyibsə, dövlət qeydiyyatının aparılması və daimi uçota alınması ilə əlaqədar texniki baxışdan keçirilmir. Texniki baxış zamanı nəqliyyat vasitələrinin tormoz və sükan idarə mexanizmlərində nasazlıqlar aşkar edildikdə, ərizəçiyə məlumat veriləcək və bunlar aradan qaldırıldıqdan sonra nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçiriləcək və daimi uçota alınacaq.

Yeni qərar hansı dəyişikliklərə səbəb olacaq?

Nəqliyyat üzrə ükspert Ərşad Hüseynov Trend-ə açıqlamasında bildirib ki, Nazirlər Kabinetinin yeni qərarı "Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə"də ciddi dəyişikliklər etmir: "Milli Məclisin yaz sessiyasında "Yol hərəkəti haqqında" Qanunda dəyişiklik edilmişdi. Dəyişikliyə görə, avtomobil dövlət qeydiyyatına alınarkən, bir nəfərin adından başqa şəxsin adına keçiriləndə əgər avtomobil həmin il üçün texniki baxışdan keçməyibsə və keçirilməlidirsə, avtomobilin texniki baxışdan keçirilməsi vacibdir. Texniki baxış zamanı isə avtomobilin əyləc sistemi və sükan mexanizmində problem olarsa, bu zaman avtomobil texniki baxışdan keçirilmir. Yəni, həmin avtomobildəki problem aradan qaldırılandan sonra texniki baxışdan keçirilir. Nazirlər Kabineti də həmin dəyişikliyi öz qərarına köçürüb. Başqa heç bir dəyişiklik yoxdur və bu prosesdə heç bir sərtləşdirilmədən söhbət gedə bilməz".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti