...

Kimyəvi zəhərlənmələrin STATİSTİKASI açıqlandı

Cəmiyyət Materials 7 Sentyabr 2017 11:26 (UTC +04:00)
Bu ilin 1-ci yarımilliyində baş verən kimyəvi zəhərlənmələrin statistikası açıqlanıb.
Kimyəvi zəhərlənmələrin STATİSTİKASI açıqlandı

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu ilin 1-ci yarımilliyində baş verən kimyəvi zəhərlənmələrin statistikası açıqlanıb.

Trend-in məlumatına görə, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib ki, bu ilin 1-ci yarımilliyində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 1121 müraciət daxil olub.

Müraciət edənlərin 1048-i xəstəxanaya qəbul edilib. Bu müddətdə sirkə turşusunfan 111 nəfər, dəm qazından 165 nəfər zəhərlənib. Qeyd edilən müddətdə 544 nəfər dərmanla zəhərlənib, 121 nəfərdə isə allergik reaksiyalar baş verib.

A.Maqsudov deyib ki, yanvar-iyun ayları ərzində 4 nəfər qara qurd sancması, 56 nəfər etanolla zəhərlənmə, 40 nəfər ilan sancması diaqnozu ilə xəstəxanaya daxil olub.

A.Maqsudov bildirib ki, yanvardan indiyədək 6 nəfər zəhərli göbələkdən zəhərlənib. Regionlardan əsas müraciətlər Şamaxı, Hacıqabul, Qazax, Şəmkir, Astara, Lənkərandan daxil olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti