Bakı. İlhamə İsabalayeva – Trend:
Azərbaycanda “Sanitariya-epidemioloji salamatlıq haqqında” qanuna yeni dəyişikliklərin edilməsi təklif edilir.
Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin Səhiyyə Komitəsinin bu gün keçirilən iclasında müzakirə edilib.
İclasda qeyd edilib ki, qanuna təklif edilən əlavəyə görə, əhalinin sanitariya-epidemioloji salamatlılığının təmin edilməsi sahəsində elmi tədqiqatların qiymətləndirilməsini və əlaqələndirilməsini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilat həyata keçirəcək.
Əhalinin sanitariya-epidemioloji salamatlılığının təmin edilməsi sahəsində elmi tədqiqatlar “Elm haqqında” qanun ilə müəyyən edilmiş qaydada həyata keçiriləcək.