...

Bu gün sonuncu azərbaycanlı zəvvarlar Vətənə dönür

Cəmiyyət Materials 15 Sentyabr 2017 07:30 (UTC +04:00)
Azərbaycandan Həcc mərasimi üçün Səudiyyə Ərəbistanına gedən zəvvarların sonuncu qrupu bu gün Vətənə qayıdır.
Bu gün sonuncu azərbaycanlı zəvvarlar Vətənə dönür

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycandan Həcc mərasimi üçün Səudiyyə Ərəbistanına gedən zəvvarların sonuncu qrupu bu gün Vətənə qayıdır.

Trend-in məlumatına görə, zəvvarları gətirən təyyarə bu gün Bakıda yerə enəcək.

Qafqaz Müsəlmanları İdarəsindən bildiriblər ki, zəvvarların ziyarəti zamanı hər hansı bir problem yaşanmayıb, ziyarət nəzərdə tutulduğu qaydada həyata keçirilib.

Bundan əvvəl digər zəvvarlar sentyabrın 12, 13 və 14-ü Azərbaycana qayıdıblar.

Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə 900 nəfər gedib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti