Bakı. İlhamə İsabalayeva - Trend:
Fransız-Azərbaycan Universitetində (UFAZ) magistratura təhsilinin təşkili üçün müzakirələr aparılır.
Trend-in məlumatına görə, bunu UFAZ-ın yeni binasının açılış mərasimində çıxış edən təhsil naziri Mikayıl Cabbarov deyib:
"Yəqin ki, layihəyə cəlb olunan universitetlərin potensialı nəzərə alınaraq, qərar qəbul olunacaq".
Qeyd edək ki, hazırda UFAZ-da yalnız bakalavr proqramı üzrə tədris aparılır. 2017-2018 tədris ilində dörd ixtisasda bakalavr proqramı üzrə 283 tələbəyə (onlardan 240 nəfər dövlət təqaüdü alacaq) tədris ediləcək. Həmin ixtisaslar kimya, geofizika, kompüter, neft-qaz mühəndisliyidir.