...

UFAZ Fondu yaradılır

Cəmiyyət Materials 15 Sentyabr 2017 15:39 (UTC +04:00)
Bu gün Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Strasburq Universiteti və Fransanın Kimya Tədqiqatlar Fondu ilə birgə UFAZ Fondunun yaradılması barədə müqavilə imzalanıb.
UFAZ Fondu yaradılır

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu gün Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Strasburq Universiteti və Fransanın Kimya Tədqiqatlar Fondu ilə birgə UFAZ Fondunun yaradılması barədə müqavilə imzalanıb.

Trend-in məlumatına görə, müqaviləni Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, Strasburq Universitetinin vitse-prezidenti İren Jakoberger, Fransanın Kimyəvi Tədqiqatlar Fondunun prezidenti, əməkdar elm xadimi Bernar Menye imzalayıb.

UFAZ Fondu Fransa, Azərbaycan və beynəlxalq şirkətlərə UFAZ-ın gələcək inkişafı və onun tədqiqat fəaliyyətinə dəstək vermək imkanı yaradacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti