...

Şimali Kipr Türk Cümhuriyyətinin Təhsil və Mədəniyyət naziri Tərcümə Mərkəzində olub

Cəmiyyət Materials 29 Sentyabr 2017 15:53 (UTC +04:00)

Bakı. Trend:

Şimali Kipr Türk Cümhuriyyətinin Təhsil və Mədəniyyət naziri Özdəmir Berovanın başçılıq etdiyi nümayəndə heyəti və Şimali Kipr Türk Cümhuriyyətinin Bakı təmsilçisi xanım Üfüq Turganer ARNK yanında Tərcümə Mərkəzində olub.

Tərcümə Mərkəzindən Trend-ə verilən məlumata görə, görüş zamanı Azərbaycan ədəbiyyatının və dilinin Kipr universitetlərində tədrisi, Mərkəzin Azərbaycanın tarixi, qədim mədəniyyəti, Qarabağ hadisələri ilə bağlı 10 dildə yayımladığı “Azərbaycan həqiqətləri”nin kütləvi yayımı məsələləri müzakirə olunub.

Görüşün sonunda Şimali Kipr Türk Cümhuriyyətinin Təhsil və Mədəniyyət nazirliyi tərəfindən Mərkəzin direktoru Afaq Məsuda xatirə hədiyyəsi təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti