...

FHN: Şamaxıda dağda köməksiz qalan əcnəbilərin axtarışına aviadəstə cəlb edilir (ÖZƏL)

Cəmiyyət Materials 3 Oktyabr 2017 13:18 (UTC +04:00)
Şamaxıda köməksiz vəziyyətdə qalan iki əcnəbi vətəndaşın yeri müəyyənləşdirilib.
FHN: Şamaxıda dağda köməksiz qalan əcnəbilərin axtarışına aviadəstə cəlb edilir (ÖZƏL)

Bakı. Samir Əli - Trend:

Şamaxıda köməksiz vəziyyətdə qalan iki əcnəbi vətəndaşın yeri müəyyənləşdirilib.

Bu barədə özəl olaraq Trend-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, köməksiz qalan xarici ölkə vətəndaşları dağlıq ərazidə qara düşüblər:

"Həmin şəxslər Şamaxıdan 26 km aralı dağlıq ərazidə, Pirbəyli kəndindən 4 km dağ istiqamətində qalıblar. Həmin əcnəbilər 2 "Nissan Patrol" markalı avtomobildədirlər. Aralarında xəsarət alan yoxdur, sadəcə avtomobilin təkərləri üçün zəncir istəyiblər. Xilasedicilər əraziyə yollanıb. Hazırda isə FHN-in Aviasiya dəstəsi hadisə yerinə hərəkət etməyə hazırlaşır".

Bundan əvvəl Azərbaycan Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətindən Trend-ə bildirilmişdi ki, bu gün saat 06:48 radələrində Amerika Birləşmiş Ştatlarının 911 çağrı mərkəzindən Dövlət Dəniz Administrasiyasının Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzinə Şamaxı rayonunda dağlıq ərazidə bir gümüş və bir qara "Nissan Patrol" markalı avtomobilində qalan xarici vətəndaşların köməyə ehtiyacı olması barədə məlumat daxil olub. Yardıma ehtiyacı olan şəxslər və onların yerləşdiyi ərazinin koordinatları dərhal Fövqəladə Hallar Nazirliyinin 112 zəng mərkəzinə ötürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti