...

Daha 101 əlilliyi olan şəxs istirahət mərkəzinə göndərilib (FOTO)

Cəmiyyət Materials 23 Oktyabr 2017 10:59 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 101 əlilliyi olan şəxs istirahət mərkəzinə göndərilib.
Daha 101 əlilliyi olan şəxs istirahət mərkəzinə göndərilib (FOTO)

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 101 əlilliyi olan şəxs istirahət mərkəzinə göndərilib.

Bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bu il nazirlik 1266 nəfər əlilliyi olan şəxsin ölkəmizin səfalı guşələrində istirahətini təşkil edib.

Nazirliyin “2017-ci il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na uyğun olaraq, cari ilin ötən dövründə 1266 nəfər əlilliyi olan şəxsin ölkəmizin səfalı guşələrində istirahəti təşkil edilib. Onlardan 466 nəfəri Lənkəran, 550 nəfəri Xaçmaz (Nabran), 250 nəfəri isə Quba rayonundakı istirahət mərkəzlərinə göndərilib.

Əlilliyi olan şəxslərin yola salınması zamanı ölkəmizdə sosial cəhətdən həssas əhali qruplarının etibarlı sosial müdafiə sistemi ilə əhatə edildikləri, bu təbəqədən olan insanlara xüsusi diqqət və qayğı göstərilməsinin Azərbaycan Prezidenti İlham Əliyevin sosial inkişaf kursunun əsas prioritetlərindən olduğu vurğulanıb. Bildirilib ki, əlilliyi olan vətəndaşların reabilitasiya tədbirlərinə cəlb olunması yönündə də məqsədyönlü işlər aparılır. Təkcə bu ilin yanvar-sentyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin reabilitasiya müəssisələrində 16 601 nəfər əlilliyi olan şəxs bərpa-müalicə və protez-ortopedik xidmətlərlə təmin edilib, əlilliyi olan şəxslərə ümumilikdə 22 453 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi verilib.

Pensiya və sosial müavinətlərlə, sosial xidmətlərlə təmin olunanların da mühüm bir hissəsini əlilliyi olan şəxslər təşkil edir. Əlilliyi olan insanların peşə reabilitasiyası da diqqətdə saxlanılır. ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində istifadəyə verildiyi 2013-cü ilin dekabr ayından bəri 1215 nəfər sağlamlıq imkanları məhdud gənc üçün peşə hazırlığı kursları təşkil olunub.

Yola salınan əlilliyi olan şəxslər onların maddi təminatlarının gücləndirlməsinə, tibbi-sosial reabilitasiya və cəmiyyətə fəal inteqrasiya imkanlarının artırılmasına, eləcə də ölkəmizin gözəl təbiətə malik bölgələrində istirahətlərinin təşkil olunmasına görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti