...

"Baku Fashion Club"ın ilk iclası keçirilib (FOTO)

Cəmiyyət Materials 23 Oktyabr 2017 11:33 (UTC +04:00)
"Baku Fashion Club"ın birinci iclası keçirilib.
"Baku Fashion Club"ın ilk iclası keçirilib (FOTO)

Bakı. Trend:

“Excelsior Hotel & Spa Baku” otelində Azərbaycanda moda peşəkarlarını və həvəskarlarını birləşdirən "Baku Fashion Club"un birinci iclası keçirilib. Klubun təşkilatçısı və rəhbəri Lyubov Quturova-Poyraz kluba bu layihə üzrə öz tərəfdaşı olan modelyer dizayner, Media FM radiosunun məşhur aparıcısı Renar Şəmsiyevi təqdim edib.

Tədbirin yeni formatı facebook səhifəsində canlı yayımlandı və arzu edənlər iclasın gedişatını izləyə biliblər.

Müzakirənin əsas mövzusu “Azərbaycan dizaynerlərinin moda həftələrində iştirakı” idi. Tədbirə bu yaxınlarda Paris moda həftəsinin iştirakçısı, Salamaxina brendinin yaradıcısı Aleksand Salamaxina, “L'Officiel Azerbaijan” jurnalının aet redaktoru Ayxan Musaxanlı, 247 RAARE-nın kreativ direktoru, MBFWBAKU-nun PR direktoru Aysel Hüseynova, moda üzrə bloqer Aynur Quzel spiker kimi dəvət olunmuşdular.

Klubun iştirakçıları moda sahəsində yeni başlayanlar və bu işdə uğurlu olan dizayner Milli Geyim Mərkəzinin və Moda evinin rəhbəri, mədəniyyət üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova tədbirdə çıxış ediblər. Həmçinin, moda sənətinin digər nümayəndələri, bloqerlər, jurnalistlər, AFW и MBFWBAKU tədbirinin təşkilatçıları, dizayn fakültəsinin tələbələri və onların müəllimləri iştirak ediblər.

Əsas mövzudan başqa, klubun digər iclaslarında ətraflı toxunulacaq vacib məsələlərə də toxunulub. “Əllərinizi nəbzinizdə tutun və biz tezliklə qayıdacağıq” - deyə, Lyubov Quturova-Poyraz qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti