...

Horadizdə 2 PHS tapılıb (FOTO)

Cəmiyyət Materials 19 Noyabr 2017 05:20 (UTC +04:00)
Füzuli rayonu, Horadiz şəhəri ərazisində 2 ədəd partlamamış hərbi sursat tapılıb.
Horadizdə 2 PHS tapılıb (FOTO)

Bakı. Trend:

Füzuli rayonu, Horadiz şəhəri ərazisində 2 ədəd partlamamış hərbi sursat tapılıb.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə 1 otlaq sahəsinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 2 ədəd partlamamış hərbi sursat (1 ədəd 85 mm-lik top mərmisi (OF-416) və 1 ədəd 81 mm-lik minaatan mərmisi(M43A1)) aşkar edilib, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş mərmilərin ətrafında 200 kv.m əraziyə yerüstü baxış keçirilmiş, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti