...

Cocuq Mərcanlıda 10 000 kv.m ərazi təmizlənib (FOTO)

Cəmiyyət Materials 20 Noyabr 2017 06:21 (UTC +04:00)
Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndində gün ərzində 10 000 kv.m (1.0 ha) ərazi təmizləni
Cocuq Mərcanlıda 10 000 kv.m ərazi təmizlənib (FOTO)

Bakı. Trend:

Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndində gün ərzində 10 000 kv.m (1.0 ha) ərazi təmizlənib.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndi - gün ərzində 10 000 kv.m (1.0 ha) ərazi tam təmizlənib, 5 500 kv.m (0.55 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb (cəmi: 15 500 kv.m (1.55 ha)), mina və partlamamış hərbi sursat (PHS) aşkar edilməyib.

3 gün ərzində 2 ədəd partlamamış hərbi sursat (PHS) (1 ədəd F-1 əl qumbarası və 1 ədəd tank əleyhinə idarə olunmayan raket (PQ-7)) aşkar edilib, 31 000 kv.m (3.10 ha) ərazi tam təmizlənib, 19 000 kv.m (1.90 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıbdır. (Cəmi: 50 000 kv.m (5.00 ha)).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti