...

Ölkə çaylarında vəziyyət - sululuq artıb

Cəmiyyət Materials 10 Dekabr 2017 11:03 (UTC +04:00)
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq on günlük normanın 120-145, Kiçik Qafqazın çaylarında 45-105, Lənkəran-Astara bölgəsi çaylarında 100-200, Naxçıvan MR çaylarında isə 160 faizini təşkil edir.
Ölkə çaylarında vəziyyət - sululuq artıb

Trend-i buradan izləyin

Bakı. Trend:

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq on günlük normanın 120-145, Kiçik Qafqazın çaylarında 45-105, Lənkəran-Astara bölgəsi çaylarında 100-200, Naxçıvan MR çaylarında isə 160 faizini təşkil edir.

Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Tranzit çaylarda hazırki vəziyyət

Dekabrın 8-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 171 m3/s olmaqla on günlük normanın 109 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 198 m3/s olmaqla, on günlük normanın 126 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 45,5 m3/s olmaqla, ongünlük normanın 59 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 77 m3/s təşkil edərək ongünlük normanın 100 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyət

Dekabrın 8-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Kür çayının Surra məntəqəsində 6, Şirvanda 4, Salyanda 7 sm artıb, Bankədə 12, Araz çayının Novruzlu məntəqəsində isə 7 sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 368 m (2016-cı il dekabrın 8-də 450 sm), Şirvanda 241 sm, Salyanda 192 sm (2016-cı il dekabrın 8-də 317 sm), Bankədə 191 sm (2016-cı il dekabrın 08-də 247 sm), Araz çayının Novruzlu məntəqəsində isə 88 sm (2016-cı il dekabrın 8-də 167 sm) təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti