...

DİQQƏT! Vahid çağrı mərkəzi yaradılır (ÖZƏL)

Cəmiyyət Materials 12 Dekabr 2017 13:39 (UTC +04:00)
2018-ci ilin yanvarından Azərbaycanda “155” vahid dəstək xidmətinin çağrı mərkəzi fəaliyyətə başlayacaq.
DİQQƏT! Vahid çağrı mərkəzi yaradılır (ÖZƏL)

Bakı. Hüseyn Vəliyev - Trend:

2018-ci ilin yanvarından Azərbaycanda “155” vahid dəstək xidmətinin çağrı mərkəzi fəaliyyətə başlayacaq.

Bu barədə Trend-ə layihəyə yaxın mənbə məlumat verib.

Çağrı mərkəzi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bir sıra struktur bölmələrini birləşdirəcək.

Məlumata görə, yeni çağrı mərkəzi vətəndaşların “Aztelekom” MMC, “Bakı Telefon Rabitəsi”, elektron xidmətlər, elektron imza ilə bağlı müraciətlərinə cavab verəcək.

Vahid çağrı mərkəzi vasitəsilə, həmçinin “107”, “109” və “153” (dərman preparatları barədə məlumat xidməti) xidmətlərindən istifadə etmək mümkün olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti