...

İnterpol dələduzluqda təqsirləndirilən bu azərbaycanlını axtarır

Cəmiyyət Materials 4 Yanvar 2018 22:26 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

İnterpol daha bir azərbaycanlı barədə axtarış elan edib.

Trend-in məlumatına görə, 1962-ci il təvəllüdlü Ramiz Quliyev dələduzluqda təqsirləndirilir. R.Quliyev barəsində Azərbaycan hüquq-mühafizə orqanları cinayət işi başlayıb. Lakin R.Quliyev istintaqdan yayındığı üçün məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında qərar çıxarıb.

İnterpol həmin qərarla R.Quliyev barəsində axtarış elan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti