...

Şəmkirdə 26 yaşlı gənci güllələyənin şəxsiyyəti məlum oldu - KİM?

Cəmiyyət Materials 17 Yanvar 2018 16:39 (UTC +04:00)
Şəmkirdə güllələnmə hadisəsini törədən şəxsin kimliyi məlum olub.
Şəmkirdə 26 yaşlı gənci güllələyənin şəxsiyyəti məlum oldu - KİM?

Bakı. Samir Əli - Trend:

Şəmkirdə güllələnmə hadisəsini törədən şəxsin kimliyi məlum olub.

Trend-in məlumatına görə, hadisəni törədən şəxs məcburi köçkün, 1991-ci il təvəllüdlü Ramin Kərimovdur. Hadisəni törədən şəxsin saxlanılması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.

Xatırladaq ki, hadisə bu gün Şəmkir rayonunda mərkəzi bazarın yaxınlığında baş verib. 1992-ci il təvəllüdlü Mediyev Mircəlal Əziz oğlu münaqişə zəminində tanışı tərəfindən odlu silahla güllələnib. Yaralı Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsilə cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti