...

Azərbaycanda evlənənlərin də sayı azalıb, boşananların da

Cəmiyyət Materials 16 May 2018 22:14 (UTC +04:00)
Azərbaycanda bu ilin yanvar-mart aylarında boşananların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə azalıb.
Azərbaycanda evlənənlərin də sayı azalıb, boşananların da

Trend-i buradan izləyin

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda bu ilin yanvar-mart aylarında boşananların və evlənənlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə azalıb.

Trend-in məlumatına görə, 2017-ci ilin yanvar-mart aylarında Azərbaycanda evlənənlərin sayı 13305, boşananların sayı 3611 nəfər olub.

2018-ci ilin ilk üç ayı ərzində qeydiyyat şöbələri tərəfindən 12932 nəfər (ötən ilin müvafiq dövrü ilə müqayisədə 373 nəfər az) nikaha daxil olub. Bu ilin yanvar-mart aylarında 3556 nəfər boşanıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 55 nəfər azdır.

Bu il ərzində əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 5,4, boşanmaların sayı isə 1,5 olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti