...

Azərbaycan Xalq Cümhuriyyəti mövzusunda maarifləndirici tədbirlər keçirilib (FOTO)

Cəmiyyət Materials 18 May 2018 20:29 (UTC +04:00)
Suraxanıda silsilə maarifləndirici mühazirələr davam edir
Azərbaycan Xalq Cümhuriyyəti mövzusunda maarifləndirici tədbirlər keçirilib (FOTO)

Bakı. Trend:

Suraxanı Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə Bülbülə qəsəbəsi, 327 nömrəli tam orta məktəbdə, Yeni Suraxanı qəsəbəsi, 89 nömrəli tam orta məktəbdə, “Suraxanıoyl” Əməliyyat şirkətində "Azərbaycan Xalq Cümhuriyyəti-100" mövzusunda maarifləndirici tədbirlər keçirilib.

Bilik Fondundan Trend-ə verilən məlumata görə, 327 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə Suraxanı Rayon İcra Hakimiyyəti aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Rəşid Məmmədov, Bilik Fondunun Suraxanı rayonu üzrə nümayəndəsi Məlahət Əliyeva, məktəbin müəllim və şagird kollektivi iştirak edib. Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix institutunun elmi işçisi Selcan Məmmədzadənin “Cümhuriyyət Parlamentinə gedən yol” mövzusunda mühazirəsi maraqla qarşılanıb.

Yeni Suraxanı qəsəbəsi, 89 nömrəli tam orta məktəbdə Azərbaycan Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix institutunun elmi işçisi Əsmər Göyüşova “Azərbaycan Xalq Cümhuriyyəti – dünəndən bu günə” mövzusunda, “Suraxanıoyl” Əməliyyat şirkətində Bakı Dövlət Universitetinin professoru Alxan Məmmədovun “Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq əlaqələri” mövzusunda mühazirə ilə çıxış ediblər.

Mütəxəssislər tədbir iştirakçılarına Azərbaycan tarixinin şərəfli səhifələri haqqında ətraflı məlumat veriblər. 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunmasını yüksək dəyərləndirən natiqlər müsəlman Şərqində ilk parlamentli respublika olan Cümhuriyyətin xalqımızın tarixində misilsiz rol oynadığını vurğulayıblar.

Mühazirəçilər iştirakçıları maraqlandıran çoxsaylı sualları cavablandırıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti