...

Sabah Milli Parkda attraksionlar və gəmi gəzintisi pulsuz olacaq

Cəmiyyət Materials 31 May 2018 09:23 (UTC +04:00)
Sabah Milli Parkda attraksionlar və gəmi gəzintisi pulsuz olacaq.
Sabah Milli Parkda attraksionlar və gəmi gəzintisi pulsuz olacaq

Bakı. Trend:

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Heydər Əliyev Mərkəzinin təşkil etdiyi “Uşaq festivalı” çərçivəsində Dənizkənarı Milli Parkda attraksionlardan, qatarlardan və gəmi gəzintisindən uşaqların ödənişsiz istifadə aksiyası keçiriləcək.

Dənizkənarı Bulvar İdarəsindən Trend-ə verilən məlumata görə, aksiyada yaşı 16-ya qədər uşaqlar iyunun 1-də saat 10:00-dan 13:00-dək Dənizkənarı Milli Parkda əyləncə vasitələrindən istifadə edə bilərlər. Aksiyada 3 uşaq qatarı, 2 avtodrom, 2 karnaval, uşaq pavliyonu, “Qorxulu Ev”, “Pirat”, ”Möcüzələr dünyası”, “Qüllə” attraksionları, “Mirvari” gəzinti gəmisi azyaşlılara ödənişsız xidmət göstərəcək.

Aksiyanın yüksək səviyyədə təşkili üçün Dənizkənarı Bulvar İdarəsi gücləndirilmiş iş rejimində çalışacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti