...

Məzahir Əfəndiyev: Azərbaycanda narkomaniyaya qarşı liberal tədbirlər keçirilməlidir (FOTO)

Cəmiyyət Materials 31 May 2018 16:13 (UTC +04:00)
Narkotiklərə Qarşı Milli Təbliğat Ofisi və Bizim Gənclik İctimai Birliyi 31 may-Ümumdünya Tütünlə Mübarizə Günü, 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü və 26 iyun - Narkotiklərlə Mübarizə Günü münasibətilə “Sağlam nəsil yetişdirmək üçün onları dinləmək lazımdır” adlı tədbir keçirib.
Məzahir Əfəndiyev: Azərbaycanda narkomaniyaya qarşı liberal tədbirlər keçirilməlidir (FOTO)

Bakı. Samir Əli - Trend:

Narkotiklərə Qarşı Milli Təbliğat Ofisi və Bizim Gənclik İctimai Birliyi 31 may-Ümumdünya Tütünlə Mübarizə Günü, 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü və 26 iyun - Narkotiklərlə Mübarizə Günü münasibətilə “Sağlam nəsil yetişdirmək üçün onları dinləmək lazımdır” adlı tədbir keçirib.

Tədbiri giriş sözü ilə açan Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin rəhbəri Məzahir Əfəndiyev ölkədə narkotiklərlə mübarizə tədbirlərindən və hazırki vəziyyət barədə danışıb. Bildirib ki, narkomaniya bütün dünyada yayılıb və bu bəladan heç kim sığortalanmayıb: "Günümüzün ən böyük problemlərindən olan narkomaniya bəlası ilə hər bir vətəndaşımız qarşılaşa bilər və bu bəladan heç kəs sığortalanmayıb. Elə bu səbəbdən də Azərbaycanın bütün aidiyyəti dövlət orqanları narkomaniya, narkotrafiklə ciddi şəkildə mübarizə aparırlar. Problemin həllində cəmiyyətin bütün təbəqələri, kimliyindən asılı olmayaraq hər bir vətəndaş xüsusi fəallıq göstərməlidir".

M.Əfəndiyev bildirib ki, ölkədə bu istiqamətdə daha çox tədbirlər keçirilməlidir: "Bu gün ölkədə narkomaniyaya qarşı əsasən konservativ tədbirlər həyata keçirilir. Hesab edirəm ki, bununla bağlı dünyada aparılan liberal siyasətə də nəzər yetirmək lazımdır. Düşünürük ki, Azərbaycanda da liberal siyasətin həyata keçirilməsi narkomaniyanın qarşısının alınmasında öz nəticəsini verə bilər. Narkomaniyaya qarşı mükəmməl formada maarifləndirmə və təbliğat işləri aparılmalıdır. Rəsmi məlumatlara görə, Azərbaycanda gənclər arasında da narkomaniyaya meyillənmə hallarına rast gəlinir. Bunun qarşısını almaq üçün kütləvi tədbirlər görülməlidir".

Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırma şöbəsinin müdiri Elgün Səfərov da üç beynəlxalq günün mahiyyətindən danışıb və Azərbaycanda narkomaniyaya qarşı tədbirlərin gücləndirilməsinin vacibliyini vurğulayıb. Şöbə müdiri bildirib ki, narkomaniyaya qarşı mübarizə üçün bu cür tədbirlərin əhəmiyyəti böyükdür.

Tədbirdə Narkotiklərə Qarşı Milli Təbliğat Ofisi tərəfindən ölkəmizdə narkotiklərlə bağlı vəziyyət haqqında 2016-2017-ci illər üçün hazırlanmış hesabat haqqında məlumat verilib.

Daha sonra “Bizim Gənclik” İctimai Birliyinin 11 Aprel Prezident seçkiləri ilə əlaqədar olaraq “Mənim namizədim – İlham Əliyevdir!” başlığı altında həyata keçirdiyi bloqpost müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Tədbirin sonunda Bakı şəhəri Rafiq Babayev adına 25 saylı 11 illik orta musiqi məktəbinin istedadlı şagirdləri tərəfindən konsert proqramı nümayiş olundu.

Sonda konsert proqramı ilə çıxış edən şagirdlər diplomlarla mükafatlandırıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti